AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Göyçayda mağazalarda xeyli sayda kəsici-deşici alət aşkarlanıb

  • + A
  • - A
  • 6-05-2024, 19:48

    Göyçayda mağazalarda xeyli sayda kəsici-deşici alət aşkarlanıb

    Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları kəsici-deşici alətlərin satışının qarşısının alınması istiqamətində tədbirlər həyata keçiriblər.
    Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər ərazisində yerləşən 4 mağazadan ümumilikdə 82 ədəd xəsarət yetirmək təyinatına malik, satış üçün nəzərdə tutulan bıçaq və digər kəsici-deşici alətlər aşkar olunaraq götürülüb.
    Maddi sübut kimi götürülən həmin soyuq silahlarla bağlı müvafiq ekspertizalar təyin olunub, araşdırmalar davam etdirilir.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR