AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Süni intellektin iqtisadi təsirləri necə ölçülür?!

  • + A
  • - A
  • Bu gün, 20:23

    Süni intellektin iqtisadi təsirləri necə ölçülür?!

    Dünyaca məşhur The Economist jurnalında maraqlı bir araşdırma dərc edilib – “Süni İntellektin (Sİ) iqtisadi təsirlərini necə ölçməli?”. Əsad ideya budur ki: şirkətlər Sİ-dən nə qədər istifadə etdiklərini ölçməklə onun biznesə nə qədər dəyər yaratdığını ölçməyi qarışdırırlar. Məqalədən çıxan əsas dərs budur ki, Süni İntellektə xərclənən pul ilə Sİ-dən yaranan iqtisadi dəyəri müqayisə etmək lazımdır və bunlar ayrı-ayrı şeylərdir.

    Bir məsələ artıq tam aydındır ki, Sİ istifadəsinin artması avtomatik olaraq iqtisadi qazancın artmasına gətirib çıxarmır. Məsələn, bir işçi Sİ sayəsində 2 saat əlavə vaxt qazanırsa, amma həmin vaxtı işinin məhsuldarlığını artırmaq əvəzinə alış-veriş etməyə sərf edirsə, o zaman əldə olunan nəticə: Sİ istifadə olunub, amma real əlavə iqtisadi dəyər yaranmayıb.

    Fikrimizcə, Sİ üçün ölçü meyarı belə olmamalıdır: Neçə nəfər ChatGPT istifadə edir? Əsas meyar belə olmalıdır: Sİ tətbiq etdikdən sonra iqtisadi gəlir, mənfəət və ya məhsuldarlıq nə qədər dəyişib?

    Bu yanaşma xüsusilə özəl şirkətlər üçün vacibdir, çünki Sİ investisiyalarında üç ayrı mərhələni fərqləndirmək lazımdır:
    1. Sİ qəbul etmə: işçilər Sİ-dən istifadə edir
    2. Məhsuldarlıq: eyni işi daha az vaxt və resursla görürlər
    3. İqtisadi dəyər: bu məhsuldarlıq artımı real olaraq gəlirə və ya mənfəətə çevrilir.
    Ən çox rast gəlinən səhv 1-ci mərhələni 3-cü mərhələ kimi qəbul etməkdir. Yəni, işçilərin Sİ-dən kütləvi istifadə etməsi iqtisadi dəyərin də avtomatik olaraq yaradılacağınan inanmaqdır.

    Bu yanaşma dövlət qurumları üçün də keçərlidir. Dövlət qurumlarında Sİ-nin tətbiqini daha düzgün ölçmək üçün meyarlar isə belə ola bilər:
    Məsələn:
    • bir dövlət xidmətinin göstərilmə müddəti 5 gündən 2 günə düşüb;
    • bir müraciətin emal xərci 20 AZN-dən 8 AZN-ə düşüb;
    • əməkdaş başına emal edilən sənəd sayı 30% artıb;
    • səhvlərin sayı 15% azalıb;
    • eyni büdcə ilə daha çox xidmət göstərilib və s.

    Yəni Sİ istifadə - prosseslərin qiymətləndirilməsi - maliyyə nəticəsi əlaqəsinin qurulması səmərəlilik üçün vacib amildir.

    Bu yanaşma həm də rəqəmsal iqtisadiyyat və dövlət idarəçiliyində rəqəmsallaşma mövzusu ilə də birbaşa bağlıdır. Sİ strategiyasının əsas hədəfi təkcə texnologiyanı tətbiq etmək deyil, həm də Sİ investisiyalarının iqtisadi təsirini ölçməkdir.

    Tahir Mirkişili Milli Məclisin deputatı


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR