ABŞ prezidenti Co Baydenin oğlu Hunter, gəlirlərinin azalması səbəbindən dörd yaşlı qızı Navy üçün aliment ödənişlərinin azaldılmasını istəyir. Özünü çox kasıb adlandırıb. Azadmedia.az xəbər verir ki, bu barədə The Washington Free Beacon yazır.
Baydenin vəkili Ebbi Louell münaqişənin bütün tərəflərinin iştirakı ilə keçirilən fövqəladə məhkəmə iclasında müvəkkilinin hər ay 20 min dollar aliment ödədiyini bildirib. Onun sözlərinə görə, uşağının anası Lunden Robertsə ümumilikdə 750 min dollar ödənilib.
Hunter aylıq ödənişlərin azaldılması üçün müraciət etdikdən sonra dinləmə çağırılıb. Buna cavab olaraq Roberts prezidentin oğlundan qazanc itkisini göstərən maliyyə hesabatlarını təqdim etməyi tələb edib.
Əvvəllər Hunter Baydenin rəsmləri Manhettendə bir sənət qalereyasında hər biri 85 min dollara satışa çıxarılmışdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.