SOCAR Azəriqaz İstehsalat Birliyi 2023-cü ilin 4 ayı ərzində yeni qaz xəttinin çəkilişi barədə
vəziyyəti açıqlayıb.
Azadmedia.az xəbər verir ki, İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev SOCAR “Azəriqaz” İB-nin ənənəvi hal alan “Açıq qapı” aksiyasında bu ilin 4 ay ərzində 113 km yeni qaz xəttinin çəkildiyini, 90 km uzunluğunda isə müxtəlif diametrli boru xətlərinin əsaslı şəkildə təmir olunduğunu da diqqətə çatdırıb.
Şöbə rəisi son günlər sosial şəbəkələrdə yayılan videoya da aydınlıq gətirib. O, bildirib ki hər hansı ərazidə təmir aparıldıqdan sonra qazın verilişi bərpa olunanda əvvəlcə turbaların yoxlanması üçün təzyiqlə hava vurulur. Bu, Azəriqaz İB-dən asılı olan yox, dünyada qəbul olunan qaydadır. Əgər turbada yad cisim olarsa sürtünmə zamanı çox ağır fəsadlarla sonlana bilər. Ona görə də hava ilə öncədən təhlükəsizlik tədbirləri görülür. Çıxan hava ay ərzində 5 qəpik etmir, təəssüf ki, bəzən abonentlər ya maariflənmənin zəif olması, ya da qərəzli şəkildə hava məsələsini önə çəkir. Son dövrlər evlərə kombi çəkilərkən su ilə qazın yeri dəyişik bağlanır. Bu da qaz turbalarında qrunt sular yaradır, onların fəaliyyətində ciddi problemlər yaşanır. Yuxarıda da qeyd etdiyim kimi su vasitəsilə turbaya yad cismlər düşə bilir ki, bu da yüksək təzyiqli qaz verilişi zamanə ciddi təhkükə yarada bilər. Su və yad cisimlər hava təzyiqi ilə turbalardan təmizlənir. Fürsətdən istifadə edən Azəriqaz İstehsalat Birliyinin sözçüsü Eldəniz Vəliyev abonentləri kombi çəkərkən yalnız mütəxəssislərə etibar etməyə, bu nüansı nəzərə almağa səslədi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.