AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sabahdan hava kəskin dəyişəcək: yağış, qar gözlənilir - XƏBƏRDARLIQ

  • + A
  • - A
  • 14-11-2020, 14:04



    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti noyabrın 15-i axşamdan 18-dək hava şəraitinin qeyri-sabit keçəcəyi barədə xəbərdarlıq edib.

    Xidmətdən verilən məlumata görə, sabah axşamdan Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

    Noyabrın 15-i axşam şərq rayonlarında, 16-sı axşamdan isə əksər rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var.

    Havanın temperaturu tədricən 5-7° aşağı enəcək. Çaylarda sululuğun artacağı istisna olunmur. Qeyri-sabit hava şəraiti ikinci ongünlüyün sonunadək davam edəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR