AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ölkə tarixində ilk beşəm: Hüseyn, Həsən, Xədicə, Fatma və Zəhra...

  • + A
  • - A
  • 28-01-2021, 08:54


    Xəbər verildiyi kimi, Tacikistanın Xatlon vilayətinin Kubodiyen rayonunda beşəm uşaq doğulub.

    AzadMedia.az yerli mediaya istinadla ölkə tarixində ilk dəfə eyni vaxtda 5 övlada sahiblənmiş ata-ananın övladlarına hansı adları qoyması haqda məlumat əldə edib.

    Xoşbəxt ana- 31 yaşlı Dilnoza Mamatova və ata – Barot Baboyev üçü qız, ikisi oğlan olan övladlarına Peyğəmbərimiz Məhəmməd əleyhissəlamın ailə üzvlərinin adlarını qoymağı qərara alıblar: Hüseyn, Həsən, Xədicə, Fatma, Zəhra...

    Həkimlərin bildirdiyinə görə, ana və uşaqlar özlərini yaxşı hiss edirlər. Uşaqlar ciddi nəzarət altındadır.

    Vilayət rəhbərliyi artıq 7 övlada sahib olan gənc ailəyə maliyyə və ərzaq yardımı edib, evlərinin təmir ediləcəyi vəd edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR