AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qəbizliyi müalicə edən ən ucuz dərman. Həm də təbiidir!

  • + A
  • - A
  • 15-02-2021, 15:32


    Gənəgərçək yağı qəbizlik zamanı ən effektli təbii müalicəvi vasitələrdən biri sayılır. Gənəgərçək yağı təbiidir, ziyansızdır və onun düzgün qəbulu adətən heç bir yanaşı təsirlərə səbəb olmur.

    Saglamolun.az bildirir ki, hamilə qadınlara gənəgərçək yağını qəbul etmək olmaz. Bağırsaqların fəaliyyətinin gücləndirilməsi uşaqlığın yığılmasına gətirib çıxarda bilər ki, bu da dölsalma və ya vaxtından tez doğuşla nəticələnə bilər.



    Bundan əlavə gənəgərçək yağını qarında güclü ağrılar, ürəkbulanması və qusma zamanı qəbul etmək olmaz.

    Böyüklər üçün doza - 1-2 xörək qaşığı, uşaqlar üçün - 1 çay - 1 desert qaşığı (uşağın yaşından asılı olaraq). Gənəgərçək yağının çox spesifik dadı var. Yağın qəbulunu asanlaşdırmaq üçün onu hər hansı şirəyə (limon, portağal və s.) əlavə etmək olar.

    Effekt 2-6 saat ərzində baş verir. Həkimlər gənəgərçək yağını 3 gündən artıq qəbul etməyi tövsiyə etmirlər.

    Gənəgərçək yağı, bütün digər işlədici dərmanlar kimi, yalnız istisna hallarda qəbul edilməlidir. Belə dərmanların daim qəbulu bağırsaqların fəaliyyətini daha da pozur, atoniyanın (fəaliyyətdən qalma) inkişafına səbəb olur və qəbizliyi daha da ağır edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR