AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Öz-özünə danışmaq. Norma yoxsa xəstəlik?

  • + A
  • - A
  • 16-02-2021, 00:22


    Bəzən öz-özünə danışan insanlara rast gəlmək olur. Yolda, sərnişin nəqliyyatında, iş yerində kimlərinsə öz-özünə danışdığını müşahidə edirsən. Bu sadəcə, beyin yaranmış olduğu situasiyalardan, problemlərdən qurtarmaq üçün insana sanki danışması üçün bir siqnal ötürür.
    Hər kəsin zahiri nitqindən əlavə, özünə xas daxili nitqi də mövcuddur. İnsanın öz-özünə danışması daxili nitqin ucadan səsləndirilməsidir.
    Əgər insan vacib bir məsələ üzrə qərar qəbul edəcəksə, daxili nitqlə danışmağı məsləhətdir. Psixoterapevtlər tövsiyə edir ki, daxili nitqinizlə ucadan danışın, görün ki, bu məsələ sizin üçün vacibdir, ya yox. Bu, heç də pis bir hal deyil.

    Bəzən insan yorğun, gərgin bir vaxtda, yaxud da xroniki stresin təsiri altında olanda öz-özünə danışır ki, bu hal kənardan başqalarına qəribə görünür.

    Bəzən yol getdiyimiz zaman öz-özünüzə danışırsız, kənardan sizə baxıb gülürlər. Yaxşı olar ki, bu məsələ insanın öz nəzarəti altından çıxmasın. Bunun üçün insan gərək xroniki stresini atsın.
    Belə vəziyyətlərdə xarakter baxımından insan tipləri ortaya çıxır. Bəzi insanlar var ki, onların daxili aləmləri, zahiri kontaktlarından daha güclü olur. Çünki onların daxili aləmləri qapalı olduğundan, bəzən elə olur ki, hislərini zahirə verə bilirlər. Bu, əsasən psixoloq və psixoterapevtin işlədiyi insan tipləridir.
    Biri də var ki, eşitmə hallüsinasiyaları - bu artıq psixiatrların işlədiyi xəstələrdə müşahidə olunur. Məsələn, şizofreniya xəstələrində eşitmə hallüsinasiyaları olur, onların qulaqlarına səs gəlir və bu səs onlarla "danışır". Bəzən də bunu obyektiv şəkildə müşahidə etmək olur ki, bu insan kimsə ilə danışır. Bu artıq xəstəlikdir.
    Öz-özünə danışamaq kimi hallar insanın yaşadığı problemlərlə, həyat tərzi ilə də birbaşa bağlı olur. İnsan bilmədən danışaraq, sanki özünü o problemdən qurtarmış kimi hiss edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR