AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Radioloq xəbərdar etdi - radiasiya sızmaları qaçılmazdır

  • + A
  • - A
  • 27-04-2021, 21:22


    “Dünyanın ən təhlükəli qəza vəziyyətində olan Ermənistandakı Metsamor Atom Elektrik Stansiyası (AES) təcili olaraq fəaliyyətini dayandırmalıdır”.

    Bunu cebhe.info-ya açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin tibb üzrə eksperti, tanınmış həkim Aydın Əliyev deyib.
    “Yerləşdiyi ərazi seysmoaktiv zonadır, Türkiyə ilə sərhəddən cəmi 16 km məsafədə yerləşir. Eləcə də Azərbaycan və İran ərazilərinə çox yaxın lokalizasiyadadır. Ötən əsrin 60-70-ci illərində köhnə sovet texnologiyası ilə inşa edilmiş bu AES müasir radiasiya təhlükəsizliyi qaydalarına qətiyyən cavab vermir. Bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyi (İAEA), eləcə də dünyanın və avropanın aparıcı mütəxəssis ekspertləri dəfələrlə xəbərdarlıq etmişlər.

    1988-ci ildə Ermənistanın Spitak ərazisində baş vermiş güclü zəlzələ nəticəsində Metsamor AES-ində və ətraf ərazilərdə çatlar əmələ gəlib vəradiasiya sızmaları qaçılmazdır . AES-də istifadə edilən Uran-235 və Uran-238 radioaktiv izotopları qamma şüaları buraxır, bu şüalar işıq sürəti ilə (1 saniyədə 300 000 km sürətlə) ətrafa yayılır və region ölkələri, xüsusən də Azərbaycan, Türkiyə və İran əhalisi üçün ciddi təhlükə yaradır. Uran-238 radioaktiv izotopunun yarımparçalanma dövrü-yəni öz radioaktivliyinin hələ yarısını itirməsi üçün 4,5 milyard il lazımdır.

    Demək ki, bu regionda yerləşən insanlar, heyvanlar, bitkilər, onların istifadə etdikləri su və digər qida vasitələri, bütün eko sistem hələ əsrlərlə və minilliklərlə bütün canlı və cansız aləm şüalanacaqdır. İonlaşdırıcı radioaktiv şüalanma insanlarda və digər canlılarda çox ciddi mutasiyalara və bunun nəticəsində ciddi xəstəliklərə səbəb olur.

    AES-də istifadə edilən radioaktiv maddələr və onların tullantıları insanlarda və heyvanlarda dəriyə, qan yaradıcı sistemə, həzm sisteminə-xüsusən qaraciyərə, cinsiyyət orqanlarına, qalxanabənzər vəzisinə ciddi toksiki, mutasion təsir edir. Bəlkə də regionumuzda durmadan artan bu orqan və sistemlərin - qan, sümük iliyi, qaraciyər, zob, dəri xəstəliklərinin, cinsi və onkoloji xəstəliklərin səbəblərindən biri də həmin bu Metsamor AES-dir. Bu barədə çox ciddi elmi araşdırmalar aparılmalıdır”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR