AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yer kürəsinə futbol meydançası boyda asteroid yaxınlaşır

  • + A
  • - A
  • 5-02-2022, 22:07

    Yer kürəsinə futbol meydançası boyda asteroid yaxınlaşır

    Yer kürəsinə futbol meydançası boyda asteroid yaxınlaşır.
    Azadmedia.az xarici mətbuata istinadən xəbər verir ki, diametri 150 metrə çata bilən Aton qrupuna aid 2007 UY1 asteroidi yaxın günlərdə Yerə yaxınlaşacaq. Fevralın 8-də o, planetdən 5 milyon kilometrdən bir qədər çox məsafədə olacaq və NASA-nın məlumatına görə, nəzəri cəhətdən toqquşma zamanı Yerə ciddi ziyan vura bilər.
    Orbit 2007 UY1 Yerin orbitini içəridən kəsir. Lakin bu asteroid təhlükəli hesab edilmir. Hesablamalara görə, onun planetimizlə toqquşmasının nəzəri ehtimalı çox kiçikdir.
    Bu arada ABŞ alimləri bu yaxınlarda diametri 70 metr olan potensial təhlükəli 2022 AE1 asteroidini kəşf ediblər. Onun Yerlə toqquşması gələn il iyulun 4-də baş verə bilər. Bunun ehtimalı 1700-də birdir.
    Tərcümə etdi: Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR