AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gözlər vaxtından əvvəl ölüm riskini təyin edə bilir - Araşdırma

  • + A
  • - A
  • 5-02-2022, 22:20

    Gözlər vaxtından əvvəl ölüm riskini təyin edə bilir - Araşdırma

    Bir neçə ölkədən olan elm adamları araşdırma apararaq gözün tor qişasından vaxtından əvvəl ölüm ehtimalının necə təyin olunacağını öyrəniblər. Azadmedia.az xəbər verir ki, 2006-cı ildən bəri onlar 40-69 yaş arası təxminən 47.000 insanın 80.000-dən çox fundus şəklini tədqiq ediblər. Onları emal etmək üçün maşın öyrənmə alqoritmlərindən istifadə edilmişdir.
    Sonradan xərçəngdən dünyasını dəyişənlərin tor qişasının "tez qocaldığı" aşkar edilib: onun vəziyyəti insanın real yaşına uyğun gəlmirdi. Ümumiyyətlə, aparılan təcrübə əsasında torlu qişa yaşı ilə faktiki yaş arasındakı fərqin hər əlavə ilinin bütün səbəblərdən ölüm riskinin 2-3% artması ilə əlaqəli olduğu aşkar edilmişdir.

    Alimlər aşkar edilən əlaqəni göz dibində çoxlu sinir sonluğu və qan damarlarının olması və onlarda patoloji dəyişikliklərin bütün orqanizmin, o cümlədən xəstə orqanların damarlarında baş verən dəyişikliklərlə eyni vaxtda baş verməsi ilə izah edirlər. Retinanın zədələnməsi və yaşlanması hipertoniya, yüksək qan şəkəri və xolesterin səviyyəsi, qidalanma və ya piylənmədən qaynaqlana bilər.
    Məlumata görə tədqiqatın nəticələri diaqnostik məqsədlər üçün istifadə edilə bilər.
    Tərcümə etdi: Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR