AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

VİTAMİN B5 - FAYDALARI VƏ ZİYANLARI

  • + A
  • - A
  • 27-01-2023, 03:01

    VİTAMİN B5 - FAYDALARI VƏ ZİYANLARI

    Azadmedia.az-dan B5 vitamini, faydaları və normadan artıq olarsa, ziyanları barədə maraqlı məlumat.
    B5 vitamini digər adı pantoten turşusudur. Pantos “hər yerdə” deməkdir, yəni həm bitki mənşəli, həm də heyvan mənşəli qidalarda olur. B5 vitamini suda həll olur, orqanizmdə depolanmır. Yüksək temperatura və turşuluğa davamsızdır, qidaları bişirmə və rafinə etdikdə asanlıqla parçalanır. Vitamin B5, koenzim A-nın tərkib hissəsi olaraq, yağ turşularının, zülalların və karbohidratların metabolizmasında iştirak edir və orqanizmdəki oksidləşmə proseslərini normallaşdırır.
    🔸Buna görə də bir çox kosmetik vasitələrin və yanıq əleyhinə olan dərmanların tərkibində B5 vitamini vardır. Ehtiyac zamanı profilaktik dozada günlük 5mg B5 vitamin qəbul edilə bilər. Hamilələrdə və süd verənlərdə 7mg ola bilər. Avakado, brokoli, mərcimək, yumurta, süd, qaraciyər, gül kələmi, göbələk və ən əsası ətdə B5 vitamin çoxdur.
    B5 vitaminin faydaları:
    *Enerji verir, yorğunluğu aradan qaldırır.
    *Yaraları sağaldır, xüsusilə ağızda olan yaralarda B5 vitamini istifadə etdikdə qısa müddətə sağalır.
    *Mədədəki turşuluğu nizamlayır.
    *Yaddaşı gücləndirir.
    *Dəri nəmliyini balanslaşdırır. Quru və ya yağlı dərisi olan insanlar tərkibində B5 vitamini olan və qidaları balanslı şəkildə istehlak etməlidirlər.
    🔹B5 vitamin çatışmazlığı nadirdir, yalnız düzgün qidalanmayan insanlarda, alkaqol aludəçilərində, oral kontraseptiv preparatlar istifadə edənlərdə, bağırsaq problemi olanlarda rast gəlinir.
    🔸B5 vitamin yetməzliyində görülən şikayətlər
    1️⃣Dəridə yaralar, səpkilər, sızanaqlar əmələ gəlir, saçlar tökülür.
    2️⃣Sinir sistemi pozuntusu; diqqət azlığı, yorğunluq, depresiya, baş ağrısı, yuxusuzluq.
    3️⃣Mədə bağırsaq pozğunluğu, mədədə turşuluğun artması, həzmsizlik.
    4️⃣Əzələlərdə qıcolma, keyləşmə.
    Müharibə əsirlərində görülən Burning foot yəni “Yanan ayaq” sindromu B5 vitamin azlığına bağlıdır.
    B5 vitamin artıqlığı ancaq dərman müalicəsi zamanı görülür. Artıqlığı zaman ishal, qanaxma ola bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR