AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Boyun dərisinin qocalmasının səbəbləri

  • + A
  • - A
  • 25-04-2023, 04:17

    Boyun dərisinin qocalmasının səbəbləri

    Dermotoloqlar deyir ki, boyun dərisi bədənin hər yerindən daha tez qocalmağa meyllidir.

    Zəif duruş, qeyri-adekvat dəriyə qulluq, günəşə məruz qalma və boyun əzələlərinin təbii zəifləməsi qocalmanın sürətlənməsinə səbəb ola bilər.
    Kollagen və elastin dərinin strukturunu qoruyub saxlamaq üçün lazım olan iki zülaldır. Kollagen dərinin elastikliyini qorumağa kömək edir, elastin isə dartıldıqdan sonra ilkin formasını qaytarmağa imkan verir.

    Uzun müddət günəşə məruz qalmaq dərinin rənginin dəyişməsinə və günəş ləkələrinin yaranmasına səbəb ola bilər. Boynun daha yaşlı görünməsinə səbəb olan başqa bir amil noutbuk və ya mobil cihazdan istifadə edərkən əyilmək və aşağı baxmaq meylidir. Bu poza boyun ağrısı və gərginliklə yanaşı, boyundakı dərini qırışlara da salır və çənə altında üfüqi xəttlər görünə bilər.
    Azadmedia.az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR