AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Misirli milyarder Əl Fayed 94 yaşında vəfat edib

  • + A
  • - A
  • 2-09-2023, 12:58

    Misirli milyarder Əl Fayed 94 yaşında vəfat edib

    Sky News bildirir ki, misirli milyarder Məhəmməd Əl Fayed 94 yaşında vəfat edib.

    Biznesmenin ailə üzvlərinə istinadən məlumatda deyilir: "Məhəmməd Əl Fayed 94 yaşında vəfat edib".
    Telekanalın məlumatına görə, Əl-Fayed cümə günü Londonun mərkəzi məscidində dəfn edilib.
    Milyarder 1960-cı illərdə Londona köçüb. O, daha çox Harrods univermağının və Fulham Futbol Klubunun keçmiş sahibi kimi tanınırdı. 2010-cu ildə Harrods-u satdı, 2013-cü ildə isə futbol klubundan imtina edib
    Xatırladaq ki, böyük oğlu Dodi boşandıqdan sonra şahzadə Diana ilə görüşürdü, qəzada hər ikisi faciəli şəkiıdə dünyalarını dəyişdilər

    Biznesmenin ölüm xəbəri onun oğlu Dodi Əl Fayed və şahzadə Diananın 1997-ci ildə Parisdə avtomobil qəzasında həlak olmasının 26-cı ildönümündən bir gün sonra yayılıb.

    Məhəmməd əl-Fayed Paris tunelindəki faciəvi qəzadan sonra on il ərzində oğlu və şahzadə Diananın ölümləri ilə bağlı şəxsi araşdırmanı maliyyələşdirib. O, həmçinin biznesmenin "ulduz cütlüyünə" qarşı sui-qəsddə iştirak etdiyini düşündüyü kral ailəsi və Britaniya məxfi xidmətlərinin bu hekayəsindəki rolunu aydınlaşdırmaq üçün genişmiqyaslı ictimai kampaniyaya rəhbərlik edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR