AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şumaxeri həyata məhəbbəti qaytardı

  • + A
  • - A
  • 13-10-2023, 12:25

    Şumaxeri həyata məhəbbəti qaytardı

    Michael Shumacher’i tanımayanınız yəqin ki, yoxdur. Bir zamanlar dünyanın N1 pilotu, dəfələrlə F-1 çempionu, ən zəngin idmançıların siyahisinda NBA basketbolçu Michael Jordanla yarışan milyarder.

    Yəqin ki, onun başına gələnləri də hamınız bilirsiz. Şumaxer həm də çox təcrübəli dağ xizək slalomu ilə məşğul olan həvəskar idi. Amma növbəti slalomların birində, İsveçrədə Alp dağlarının zirvəsində qəzaya uğrayan Maykl ağır kəllə-beyin travması alır və dərin komaya düşür.

    Carinnanın hekayəsi burda başlayır.

    Carinna Shumacher Mayklın çox erkən yaşda tanış olub sevdiyi, çox erkən evləndiyi həyat yoldaşıdır. Carinna da idmançı olub. Atsürmə üzə ( konkur) dəfələrlə Avropa çempionluğu olan xanım həm də zəngin iş qadını idi.

    Düz 6 il ərzində Maykl İsveçrənin və Almaniyanın ən bahalı klinikalarında süni tənəffüs aparatına bağlı bitkisəl həyat yaşayır. Həkimlərin, övladlarının, ailəsinin təkidinə, heç bir ümidlərin olmamasına baxmayaraq, Carinna bir gün belə ərinin yanını tərk etmir. Mənasız sayılan müalicəyə Şumaxerin bütün sərvəti xərclənir. Amma buna baxmayaraq, Carinna bu dəfə də öz sərvətini sevdiyi insan uğrunda fəda etməyə qərar verir.

    6 illik, az qala milyardlıq müalicə nəticəsində möcüzə baş verir və Michael komadan ayılır. Amma heç kimi, hətta sevimli arvadını da tanımır. Carinna yenə təslim olmur, bir müddət ərinə psixoloji və fiziologi dəstək verir. Bütün bu proses zamanı xanım da müflis olur. Amma sonunda istədiyini əldə edir. Şumaxerin yaddaşı geri döndüyündə ilk tanıdığı insan Carinna olur...
    Qeyd: Məqalə Müşviq Hüseynova məxsusdur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR