AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlk türk astronavtı Bakını kosmosdan çəkəcək

  • + A
  • - A
  • 22-01-2024, 14:21

    İlk türk astronavtı Bakını kosmosdan çəkəcək

    İlk türk kosmonavtı Alper Gezeravci kosmosdan Bakı, Konya, Ankara, İstanbul, Çanaqqala, Silifke mahalı (Mersin vilayəti) və Ağrı dağının fotoşəkillərini çəkəcək. Bu barədə KİV məlumat verir.

    Kosmosa uçan Alper Gezeravci Beynəlxalq Kosmik Stansiyada qaldığı müddətdə Türkiyə ilə tez-tez təmasda olacaq. Onun həmyerliləri ilə azı yeddi dəfə əlaqə saxlayacağı bildirilir.

    Gezeravcinin ilk danışacağı şəxs Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan olacaq.

    Türkiyəli astronavtın ailəsi, sənaye və texnologiya naziri Mehmet Fatih Kacir ilə də videogörüş nəzərdə tutulub.

    Alper Gezeravci həmçinin Bursadakı Gökmen Kosmik Aviasiya Tədris Mərkəzi və Ankaradakı TÜBİTAK Kosmos Mərkəzi ilə də əlaqələr quracaq.

    Türk astronavt Beynəlxalq Kosmik Stansiyada qaldığı müddətdə türk tələbələrlə də ünsiyyətdə olacaq və öz təcrübələrini Samsun, Kocaeli, Hatay, Diyarbəkir, Konya və Balıkəsirdən olan lisey şagirdləri ilə bölüşəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR