AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Apple-ın yeni planşet və kompüterləri nə vaxt təqdim edəcəyi məlum olub

  • + A
  • - A
  • 23-01-2024, 23:20

    Apple-ın yeni planşet və kompüterləri nə vaxt təqdim edəcəyi məlum olub

    Apple bu yaz yeni iPad Air, iPad Pro və MacBook Air modellərini buraxmağı planlaşdırır. Bu barədə “MacRumors” insayder və Bloomberg müxbiri Mark Qurmana istinadən xəbər verir.

    Qurmanın sözlərinə görə, yeni məhsullar 2024-cü ilin mart və ya aprelində təqdim olunacaq. Bu cihazların təqdimatından sonra Apple bütün diqqətini iyun ayında keçiriləcək WWDC developer konfransına hazırlaşacaq.

    Növbəti iPad Air-in 10,9 düym və 12,9 düymlük displey ölçülərində təqdim ediləcəyi gözlənilir. Həmçinin, şayiələrə görə, iPad Air daha güclü Apple çipinə - M2-yə keçəcək.

    Öz növbəsində, 11 və 13 düymlük ekranlı növbəti iPad Pro OLED matrisli ilk Apple planşetləri olmalıdır. Yeni ekranların istifadəsinin qadcetlərin qiymətinin artmasına səbəb olacağı gözlənilir. Yeni iPad Pro-da daha bir yenilik M3 prosessorları olacaq.

    MacBook-lardan, ehtimal ki, Apple yalnız Air xəttini yeniləyəcək. Şirkət ən son M3 çipli 13 və 16 düymlük modelləri təqdim edəcək. Noutbukların Wi-Fi 6E dəstəyi də alacağı ehtimal edilir. Dizaynda ciddi dəyişikliklər gözlənilmir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR