AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Boris Pasternakın özünə bağışlamadığı səhv

  • + A
  • - A
  • 28-01-2024, 02:15

    Boris  Pasternakın özünə bağışlamadığı səhv

    XX əsrin nəhəng intellektuallarından biri, Oksford məktəbibin tanınmış filosofu İsaya Berlinin (1909-1997) Sovet yazıçıları haqqında maraqlı xatirələrini oxudum. Onun böyük rus şairi Nobel mükafatı laureatı Boris Pasternakla söhbəti olduqca böyük maraq kəsb edir:
    “Pasternak mənə Mandelştamin həbsi ilə bağlı Stalinlə telefon söhbətini danışdı. Bu məşhur söhbətdir və müxtəlif versiyalarda səslənir. Əslində Pasternakın mənə 1945-ci ildə danışdığı hadisə belədir. Onun dediklərinə görə yaşadığı Moskva mənzilində telefon zəng çalır. Dəstəyi qaldırdıqda ona bir nəfər Kremldən zəng vurduğunu və yoldaş Stalinin onunla danışmaq istədiyini bildirmişdi. Pasternak əvvəlcə hesab edir ki, bu hansısa axmağın zarafatıdır və dəstəyi asır. Ancaq telefon yenə də zəng çalır. Dəstəyin o başındakı səs bu dəfə inandırıcı görünür. Stalin soruşur: O, həqiqətənmi Boris Leonidoviç Pasternakla danışır. Pasternak bunu təsdiqlədikdən sonra rəhbər soruşur:

    - Sən, Mandelştamın mənim haqqımda oxuduğu şer məclisində iştirak edibsənmi?

    Pasternak cavab verir ki, o, özünün orda iştirak edib-etməməsini vacib saymır. Onun üçün ən böyük xoşbəxtlik Stalinlə danışmasıdır.
    Şair rəhbərə deyir ki, bu telefon danışığı nə vaxtsa baş verməli idi və onlar görüşüb çox ciddi məsələlər barədə danışmalıdırlar.

    Stalin soruşur: Mandelştam böyük şairdirmi?

    Pasternak cavab verir ki, şair kimi onlar tamamilə biri-birindən fərqlənirlər və onunla heç bir mənəvi yaxınlığı yoxdur.

    Bundan sonra Pasternak Stalinlə görüşüb söhbət edəcəkləri tarixin kosmik döngələri haqqında dərin metafizik mühakimələr barədə danışır.

    Stalin ondan yenə soruşur: Sən Mandelştamın onun haqqında oxuduğu şer məclisində iştirak edibsənmi? Pasternak yenə də inadkarlıq göstərir ki, əsas məsələ onların görüşməsidir. Və bu görüşü heç cür təxirə salmaq olmaz. "Olum və ölüm" haqqında onların söhbəti çox vacibdir.

    Stalin: Əgər mən Mandelştamın dostu olsaydım, onu daha yaxşı müdafiə edərdim-deyib dəstəyi asır.
    Pasternak nə qədər cəhd etsə də sonralar Stalinlə danışa bilməyib...
    Bu məşhur dialoqdan sonra Mandelştamı həbs edirlər və böyük şair 48 yaşında düşərgədə ürək paralicindən vəfat edir.
    İsaya Berlin yazır: “Pasternakla söhbətdə hiss olunurdu ki, bu hadisə onu dəhşətli dərəcədə sarsıtmışdı. Buna görə o, bəlkə də hər saat, hər dəqiqə əzab çəkirdi. Pasternak hesab edirdi ki, bəlkə də Mandelştamın xilas olmasının son şansı ondan asılı imiş. O, isə həmin şansı bilərəkdən itirmişdi".
    Etibar Əliyev,
    Millət vəkili


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR