AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Aztelekom-un anlaşılmaz rəqəmləri

  • + A
  • - A
  • 27-02-2024, 15:35

    Aztelekom-un anlaşılmaz rəqəmləri


    Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz yazır
    :
    "Aztelekom açıqlayıb ki, 2022-ci ildə gəlirləri təxminən 107 milyon manat olub.
    Amma bu dövlət şirkəti həmin ili 26 milyon manat zərərlə başa vurduğunu da bildirib. Hansı ki, bu zərər əvvəlki ildən də 2.25 dəfə çoxdur.

    Aztelekom xərclərin çoxluğunu və zərərini əsasən kadrların, əlavə işçi qüvvəsinin və ixtisaslaşmış texniki dəstək xidmətinin, həmçinin internet trafikin alışının artması ilə izah edib.

    Maraqlıdır ki, bu qədər vəsaitin qarşılığında həmin dövrdə cəmi 341 min evə GPON çəkilib.
    Belə çıxır ki, 341 min bağlantı üçün 100 milyon manatdan çox vəsait xərclənib.

    Bu ağlasığmazdır. Bu qədər vəsaitlə bağlantı qurulan evlərin sayı milyondan çox olmalıydı. Burada nəsə yanlışlıqlar var.

    Ümid edirəm Aztelekom dövlət şirkəti bu məsələyə aydınlıq gətirəcək".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR