AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Alimlər həyati təhlükəsi olan superböcəklərə qarşı peyvənd yaradıblar

  • + A
  • - A
  • 24-04-2024, 22:31

    Alimlər həyati təhlükəsi olan superböcəklərə qarşı peyvənd yaradıblar


    Miçiqan Universitetinin amerikalı alimləri antibiotiklərə davamlı mikroblara qarşı peyvəndlərin yaradılmasında irəliləyişə nail olduqlarını elan ediblər. Tədqiqat Nature Communications (NatComms) elmi jurnalında dərc olunub.

    Komanda metisillinə davamlı Staphylococcus aureus (MRSA) səbəb olduğu infeksiyalara qarşı peyvənd hazırlayıb.

    Staphylococcus aureus qida zəhərlənməsi, bronxit, plevrit, pnevmoniya, meningit və sepsis daxil olmaqla 100-dən çox müxtəlif xəstəliyə səbəb olur. Bu xəstəliklərin çoxu həyat üçün təhlükə yarada bilər.

    Yeni preparat spesifik karbohidrat birləşməsinə - stafilokokkların hüceyrə divarlarında, eləcə də bir çox başqa bakteriya və göbələklərdə olan polisaxarid poli-β-(1-6)-N-asetilqlükozamin (PNAG) əsasında hazırlanıb.

    Peyvəndi mikroblara çatdırmaq üçün tədqiqatçılar bakteriyaları yoluxduran Qβ virusundan istifadə ediblər. Karbohidratlar adətən orqanizmdə güclü immun reaksiyalara səbəb olmadığından, mütəxəssislər immun reaksiyanı gücləndirmək üçün virusu genetik modifikasiya ediblər.

    Heyvanlar üzərində preklinik sınaqlar göstərdi ki, peyvənd yüksək səviyyədə immunitet təmin edir və MSRA ilə yoluxduqda ölümdən qoruyur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR