AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Elza Seyidcahan məhkəməni qismən qazandı

  • + A
  • - A
  • Bu gün, 14:46

    Elza Seyidcahan məhkəməni qismən qazandı

    Rəşid Mahmudov 500 manat mənəvi təzminat ödəyəcək

    Əməkdar artist, bəstəkar Elza Seyidcahanın tibb elmləri namizədi Rəşid Mahmudova qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.

    APA-nın məlumatına görə, mülki işə Yasamal Rayon Məhkəməsində hakim Fuad Hüseynovun sədrliyi ilə baxılıb.

    Məhkəmə iclasında Elza Seyidcahanın vəkili Elşən Behbudov iddianın təmin olunmasını xahiş edib.

    Məhkəmə iddianın qismən təmin edilməsi barədə qərar qəbul edib.

    Qərara əsasən, Rəşid Mahmudov Elza Seyidcahana mənəvi ziyana görə 500 manat ödəməlidir.

    Qeyd edək ki, Elza Seyidcahan Rəşid Mahmudovun televiziya efirində onun barəsində təhqiramiz ifadələr işlətdiyini iddia edərək məhkəməyə müraciət edib. O, mənəvi ziyana görə 10 min manat təzminat tələb edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR