“Kızılcık Şerbeti”ndə Nursemanın aqibəti

Ceren Karakoç serialdan ayrılmasının təfərrüatlarını açıqlayıb
Türkiyənin məşhur “Kızılcık Şerbeti” serialında Nursema obrazını canlandıran Ceren Karakoç layihədən ayrılması ilə bağlı açıqlamalar verib.
Dörd mövsüm serialda rol alan aktrisa Ayşe Armanın “Sahici” proqramında qonaq olarkən Nursemanın hekayəsinin necə başa çatmasından danışıb.
Karakoç obrazın qəzada öləcəyindən əvvəlcədən xəbərdar olmadığını bildirib. O, Nursemanın taleyi ilə bağlı suala “Hər şeyin bir sonu var. Sadəcə deyək ki, Nursema üçün son belə idi” cavabını verib.
Aktrisanın sözlərinə görə, yeni mövsüm başlamazdan əvvəl prodüserlə görüşüb və serialda rolunu davam etdirmək barədə razılaşıb. Görüşdən sonra tətilə yollanan Karakoç avqustda yenidən çəkilişlərə başlayacağını düşünüb.
“Prodüserim mənə ‘Davam edirik’ dedi. Mən də ‘Yaxşı’ dedim. Hər məsələdə razılaşdıq. ‘Yaxşı tətil keçirin, avqustda görüşərik’ deyib ayrıldıq və mən tətilə getdim”, – deyə aktrisa bildirib.
O, tətil zamanı istehsal qrupundan zəng aldığını və həmin vaxt nəyinsə baş verdiyini düşündüyünü söyləyib.
Qeyd edək ki, Karakoçun layihədən ayrılması avqust ayında məlum olub. Aktrisanın vida paylaşımında yer alan “Bəzən həyat bizə planlaşdırdığımız deyil, bizim üçün seçilmiş vidaları gətirir” ifadəsi sosial şəbəkələrdə müzakirə olunub.
[video=]
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.