AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tokayev Orta Dəhlizin inkişafından danışıb

  • + A
  • - A
  • Bu gün, 13:24

    Tokayev Orta Dəhlizin inkişafından danışıb

    Qazaxıstan lideri yeni nəqliyyat layihəsinin başladığını açıqlayıb

    Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Çin, Xəzər dənizi və Avropa bazarlarını birləşdirəcək genişmiqyaslı avtomobil yolu layihəsinin icrasına başlanıldığını açıqlayıb.

    Tokayev Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündə bildirib ki, Qazaxıstanın nəqliyyat infrastrukturunun modernləşdirilməsi regionun tranzit əhəmiyyətini artıracaq.

    O, Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun, eləcə də “Şimal-Cənub” marşrutunun inkişafının Qazaxıstan üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

    Qazaxıstan Prezidenti bildirib ki, Dünya Bankının hesablamalarına əsasən, infrastruktur layihələrinin reallaşdırılması nəticəsində Xəzər dənizi vasitəsilə yükdaşımaların həcmi 2040-cı ilədək 4 dəfə arta bilər.

    Tokayev Orta Dəhlizin TRIPP təşəbbüsü ilə inteqrasiyasının da müzakirə edilə biləcəyini diqqətə çatdırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR