“Pilot Pikasso”nun yeni əsəri: “Haray” səmada canlandırıldı

Amerikalı pilot təyyarəsinin uçuş trayektoriyası ilə bu dəfə dünya şöhrətli rəssam Edvard Munkun “Haray” (“Scream”) əsərini canlandırıb.
Aviasiya ictimaiyyətində “Pilot Pikasso” ləqəbi ilə tanınan pilot N1810R qeydiyyat nömrəli “Cessna Skylane RG” təyyarəsi ilə ABŞ hava məkanında dəqiq manevrlər həyata keçirib.
“Flightradar24” platformasında qeydə alınan marşrut məşhur əsərdəki insan fiqurunun və arxa fondakı xətlərin səmada təsvirini ortaya qoyub. Uçuşun təxminən 5 saat 40 dəqiqə davam etdiyi bildirilir.
Bu qeyri-adi təşəbbüs aviasiya həvəskarlarının diqqətini cəlb edib.
Pilot daha əvvəl də uçuş marşrutları vasitəsilə dünya xəritəsi, xəyal fiquru və Leonardo da Vinçinin “Mona Liza” əsərini xatırladan təsvirlər yaradıb.
[video=]
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.