AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Lənkəran sakini arvadını bıçaqlayıb, 3 yaşlı oğlu da xəsarət alıb - YENİLƏNİB

  • + A
  • - A
  • Bu gün, 12:06

    Lənkəran sakini arvadını bıçaqlayıb, 3 yaşlı oğlu da xəsarət alıb - YENİLƏNİB


    Oktyabrın 13-də saat 08:10 radələrində 2 nəfər (qadın və kişi cinsli azyaşlı) Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

    Bu barədə APA-nın cənub bürosuna TƏBİB-dən bildirilib.

    "Onlara qarın boşluğu, döş qəfəsinin çoxsaylı kəsilmiş, deşilmiş yaraları, hipovolemik şok diaqnozları təyin olunub. Hər birinə zəruri tibbi xidmətlər göstərilib. 2023-cü il təvəllüdlü azyaşlının müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.

    1997-ci il təvəllüdlü şəxs əməliyyat blokuna alınıb, əməliyyatı davam edir", məlumatda deyilir.

    ***

    Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

    Hadisə Lənkəran şəhərinin Zərifə Əliyeva küçəsində "Müəllimlər binası" kimi tanınan binada qeydə alınıb.

    Xanbulan kənd sakini 34 yaşlı Allahşükür Ağazadə kirayə yaşadıqları mənzildə həyat yoldaşı 1997-ci il təvəllüdlü Rəvanə Ağazadəyə çoxsaylı bıçaq zərbələri endirib.

    Atanın anaya endirdiyi bıçaq zərbələrindən bir neçəsi ananın qucağında olan övladı 2023-cü il təvəllüdlü H.A.-ya da dəyib.

    Ağır xəsarət alan ana və azyaşlı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

    Əməli törətməkdə şübhəli bilinən 34 yaşlı Allahşükür Ağazadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.(Apa)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR