İran ABŞ-ın hərbi obyektlərə endirdiyi son zərbələrə cavab olaraq Yaxın Şərqdə yerləşən Amerika hərbi bazasına hücum edib. İranın dövlət televiziyasının məlumatına görə, əməliyyat İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən həyata keçirilib.
SEPAH bildirib ki, ABŞ ordusunun Hörmüzqan əyalətinin Sirik adasındakı telekommunikasiya qülləsinə hücumundan sonra həmin əməliyyatın həyata keçirildiyi aviabaza raket və pilotsuz uçuş aparatları ilə vurulub.
Məlumata görə, bu gün səhər saatlarında Küveytin hava hücumundan müdafiə sistemləri pilotsuz uçuş aparatları və raketlərlə həyata keçirilən hücumları dəf edib.
Xatırladaq ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) mayın 30-31-də İranın Hörmüzqan əyalətində və Keşm adasında yerləşən radar sistemləri və PUA idarəetmə məntəqələrinə zərbələr endirdiyini açıqlamışdı. Hadisə bölgədə gərginliyin daha da artacağı ilə bağlı narahatlıqları gücləndirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.