AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

NATO PA-nın yaz sessiyasında latviyalı deputatlarla görüş keçirilib

  • + A
  • - A
  • Bu gün, 13:58

    NATO PA-nın yaz sessiyasında latviyalı deputatlarla görüş keçirilib


    NATO Parlament Assambleyasının (PA) yaz sessiyası çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Kamran Bayramov latviyalı həmkarları ilə görüşüb.

    Deputat Kamran Bayramov sosial media hesabında paylaşdığı məlumatda bildirib ki, NATO PA-nın yaz sessiyası zamanı Latviya parlamentinin nümayəndələri ilə görüşmək və məhsuldar müzakirələr aparmaqdan məmnunluq duyub.

    Görüş zamanı tərəflər Azərbaycan-Latviya münasibətlərinin inkişaf perspektivlərini, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi imkanlarını, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.

    Kamran Bayramov qeyd edib ki, qarşılıqlı dialoq və təcrübə mübadiləsi parlament diplomatiyasının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

    Qeyd edək ki, NATO Parlament Assambleyasının yaz sessiyasında alyansa üzv və tərəfdaş ölkələrin parlament nümayəndələri təhlükəsizlik, müdafiə və beynəlxalq əməkdaşlıq sahələrində aktual məsələləri müzakirə edirlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR