Qırğızıstan gələn ildən etibarən ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyət göstərəcək.
Qərar BMT Baş Assambleyasında keçirilən səsvermənin nəticələrinə əsasən qəbul edilib. Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyü uğrunda mübarizədə Qırğızıstan və Filippin əsas namizədlər arasında yer alıblar.
Dörd tur davam edən səsvermənin yekununda Bişkek Baş Assambleya üzvlərinin üçdəikisinin dəstəyini qazanıb. Sonuncu turda Qırğızıstanın namizədliyinə 142 ölkə səs verib.
Beləliklə, ölkə 2027-ci il yanvarın 1-dən etibarən BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü statusunda fəaliyyətə başlayacaq. Bu, Qırğızıstanın tarixində ilk belə təyinat olacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.