Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı olub.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, söhbət zamanı iki ölkə arasında münasibətlərin hazırkı vəziyyəti, əməkdaşlığın inkişaf perspektivləri, eləcə də regionda baş verən proseslər və təhlükəsizlik məsələləri müzakirə edilib.
Görüş zamanı İran tərəfi ölkə ətrafında davam edən beynəlxalq danışıqların gedişi və mövcud vəziyyət barədə məlumat təqdim edib. Ceyhun Bayramov isə bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunması üçün diplomatik təşəbbüslərin vacibliyini diqqətə çatdırıb.
Telefon danışığında tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər, eləcə də son siyasi proseslər barədə fikir mübadiləsi aparıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.