AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

MAQATE rəhbəri: İranda yüksək zənginləşdirilmiş uranın yeri təxminən məlumdur

  • + A
  • - A
  • Bu gün, 17:34

    MAQATE rəhbəri: İranda yüksək zənginləşdirilmiş uranın yeri təxminən məlumdur

    Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi bildirib ki, təşkilat yüksək səviyyədə zənginləşdirilmiş uranın harada saxlanıldığı barədə təxmini məlumata malikdir və ehtimal olunur ki, bu material son bir il ərzində başqa yerə daşınmayıb.

    Qrossinin sözlərinə görə, uran ötən il hücumlar zamanı yerləşdiyi ilkin saxlanc məntəqəsində qalıb.

    “Biz hesab edirik – və xüsusi vurğulayıram ki, bu yalnız ehtimaldır – həmin material ötən ilki hücumlar zamanı olduğu yerdə qalır. Ümumilikdə bu, qəbul olunmuş ehtimaldır. İran hakimiyyəti də buna işarə edib”, – deyə Qrossi bildirib.

    MAQATE rəhbəri bir daha vurğulayıb ki, agentliyin mütəxəssislərinin İranın nüvə obyektlərinə çıxış əldə etməsi vacibdir.

    Təşkilatın məlumatına görə, İran hazırda təxminən 441 kiloqram 60 faiz zənginləşdirilmiş urana malikdir. MAQATE-nin qiymətləndirməsinə əsasən, bunun 200 kiloqramı İsfahan ətrafındakı yeraltı anbarlarda saxlanılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR