Türkmənistanın Türkmənbaşı limanına ilk dəfə yan alan "Azərbaycan" Ro-Pax gəmi-bərəsinin milli adət-ənənələrə uyğun qarşılanma mərasimi olub.
Türkmənistanlı qardaşlarımız ASCO dənizçilərinə yeni gəminin istismarı münasibətilə xeyir-dua verib və uğurlu səfərlər arzulayıblar.
Öz növbəsində gəmi heyəti də bu isti qarşılanmaya görə Türkmənistanlı qardaşlarımıza təşəkkür ediblər.
Gəminin ilk səfəri 7 may tarixində Qazaxıstanın Kurık limanına olmuşdu.
Qeyd edək ki, "Azərbaycan" ASCO-nun sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunan RoPax tipli ilk gəmi-bərədir. Müasir standartlara uyğun inşa olunan gəmi bu ilin martında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə istismara verilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.