AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiyada uşaqların həlak olduğu avtobus qəzasının baş vermə anı - VİDEO

  • + A
  • - A
  • 1-05-2021, 19:40



    Rusiyada beş uşağın həlak olduğu faciənin baş vermə anı ilə bağlı görüntülər yayılıb.

    Kadrları “Life Shot” “Telegram” kanalı paylaşıb.

    Videodan aydın olur ki, VAZ avtomobili qarşı yola çıxır və yük maşını ilə toqquşur. Mikroavtobusun sürücüsü qəzadan yayınmaq istəsə də bunu bacarmır.

    Xatırladaq ki, Stavrapol vilayətində ağır yol nəqliyyat hadisəsi baş verib. Belə ki, basketbol komandasının uşaqlarını idman yarışlarına aparan mikroavtobus “Kamaz” markalı yük avtomobili ilə toqquşub. Qəza nəticəsində beş uşaq ölüb, səkkizi isə xəstəxanaya yerləşdirilib. Yaralılardan üçünün vəziyyəti çox ağır, üçünün isə vəziyyəti ağır qiymətləndirilir. İki qızın vəziyyəti isə ortadır.

    Mikroavtobusda 14-ü uşaq olmaqla, cəmi 17 nəfər sərnişinin olub.

    Baş verənlə əlaqədar Volqoqrad əyalətində mayın üçü matəm günü elan olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR