AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Aparılan uğurlu siyasət və görülən davamlı tədbirlər sayəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır

  • + A
  • - A
  • 7-11-2021, 18:47

    Aparılan uğurlu siyasət və görülən davamlı tədbirlər sayəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır

    İlham Məmmədov
    Millət Vəkili


    Müstəqil Azərbaycan Respublikasının qurucusu ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş müzəffər Orduya çevrilmişdir.
    Aparılan uğurlu siyasət və görülən davamlı tədbirlər sayəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.Xüsusilə qeyd edilməlidir ki, hazırda Azərbaycan Ordusu Cənubi Qafqazın ən qüdrətli ordusudur. Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir.Ötən 17 ildə ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan islahatlar və bunun nəticəsi olaraq baş verən keyfiyyət dəyişiklikləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğundakı davamlı işinin və uğurlu siyasətinin nəticəsidir. Azərbaycanın 30 illik Vətən həsrəti soydaşlarımızın ən yaralı yeri idi. Məhz erməni təcavüzkarlarının işğalçılıq niyyəti ilə növbəti terror aktına cavab olaraq Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi.Ölkə Prezidenti cənab İlham Əliyevin uğrulu diplomatik məharəti nəticəsində 3 böyük rayonumuz Ağdam,Kəlbəcər və Laçın rayonları heç bir hərbi münaqişə baş vermədən geri qaytarıldı. Eyni zamanda 8 noyabr 2020-ci il tarixdə güclü Azərbaycan Ordusunun digər yüksək rəşadəti ilə mədəniyyətin beşiyi sayılan Şuşa şəhəri düşmən işğalından azad olundu. Bununla da 8 Noyabr-Zəfər Günü kimi Azərbaycan tarixinin səhifələrinə qızıl hərflərlə həkk olundu. 44 günlük müharibə zamanı Ölkə Prezidenti həm öndə hərbi münaqişə meydanında uğurlu siyasət yürüdür, həm də arxada informasiya mübarizəsində ölkəmizi sevmeyen və qarayaxma kampaniyası aparan dövlətlərin televiziya kanallarına tarixi faktlarla tutarlı cavablar verdi. Bütün bunlar Azərəbycan dövlətinin və xalqının qüdrətinin,həmrəyliyinin,əsl gücünün bariz nümunəsi idi. Zəfər Qələbəsi qazanan xalqımızın güclü lideri,güclü Ordusu vardır. Nə qədər ki,xalqımız və dövlətimiz var olacaq, Vətən uğrunda canlarından keçən şəhidlərimiz,sağlamlıqlarını itirən qazilərimiz unudulmayacaq. Azərbaycanın Qələbəsi regiona yeni əməkdaşlıq formatları gətirib. Regionun inkişafı üçün əlavə stimul olacaq yeni əməkdaşlıq formatları eyni zamanda ölkələrin inkişafında müsbət tendensiyaları yaradacaqdır. Türkiyə, İran, Rusiya və Azərbaycan arasında həm üçtərəfli, həm də ikitərəfli formatlarda fəal əməkdaşlıq imkanları yaranır. Sözügedən amil tarixi, iqtisadi, nəqliyyat, geosiyasi və ən başlıcası, bu regionda təhlükəsizliyin möhkəmləndirilməsi baxımından olduqca önəmlidir.Xalqımızı möhtəşəm Zəfər münasibətilə təbrik etmək mənim üçün çox qürurvericidir. Ona görə ki,qüdrətli Azərbaycan bütün dünyaya sübut etdi ki, cənab İlham Əliyevin söylədiyi kimi biz işğalla barışmayacağıq və lazım gəlsə düşməni məhv edəcəyik. Bəli bugün qalib,güclü eyni zamanda beynəlxalq müstəvidə diktə edən etibarlı,tərəfdaş ölkələrdən biri də məhz Azərbaycan Respublikasıdır!
     
     


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR