AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əcnəbi vətəndaşı və onun azyaşlı övladlarını məcburi əməyə məruz qoyan şəxs məhkum edilib

  • + A
  • - A
  • 13-12-2021, 19:10

    Əcnəbi vətəndaşı və onun azyaşlı övladlarını məcburi əməyə məruz qoyan şəxs məhkum edilib

    DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində əcnəbi vətəndaş olan bir qadını və onun 2 azyaşlı uşağını Zərdab rayonunun Bəyimli qəsəbəsində yerləşən heyvandarlıq təsərrüfatında məcburi əməyə məruz qoymaqda şübhəli bilinən Kəlbəcər rayon sakini Məhəmməd Babakişiyev tutulmuşdur.
    Azadmedia.az xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 144-2.2.1 və 144-2.2.2-ci (məcburi əmək) maddələri ilə başlanılmış cinayət işi üzrə istintaq yekunlaşaraq baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.
    Məhkəmənin hökmünə əsasən M.Babakişiyev Cinayət Məcəlləsinin həmin maddələri ilə (məcburi əmək) təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilmişdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR