Bu gün sosial şəbəkələrdə və bəzi media orqanlarında Zəfər günü ilə bağlı Şuşada parad keçiriləcəyi haqda məlumat yayılıb.
AzadMedia.az-ın hökumətdəki mənbələrdən əldə etdiyi məlumata görə, bu informasiya doğru deyil: “Şuşada hər hansı hərbi parad nəzərdə tutulmur”.
Mənbə onu da əlavə edib ki, belə mühüm məsələlərlə bağlı təsdiqlənməmiş məlumatların yayılması yolverilməzdir: “Media nümayəndələri bu cür informasiyaları dövlət qurumları ilə dəqiqləşdirməlidirlər”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.