AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə İtaliyadan helikopter alışını dayandırdı

  • + A
  • - A
  • 11-04-2021, 12:11


    Türkiyə hökuməti İtaliyanın “Leonardo” hərbi-sənaye kompleksinin istehsalı olan təlim helikopterlərinin alışından imtina edib.

    Axar.az xəbər verir ki, bu barədə “Repubblika” qəzeti yazıb.

    Qəzetin məlumatına görə, 70 milyon dəyərindəki müqavilə yaxın günlərdə imzalanmalı idi, lakin Ankara İtaliya Baş naziri Mario Draginin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ünvanına işlətdiyi sözlərə görə, onu qeyri-müəyyən müddətə təxirə salıb.

    Məlumata görə, müqavilə nəticəsində alınmalı olan “AW169” helikopterləri köhnə “Agusta-Bell 206”ları əvəz etməli idi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR