AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsmayıllı sahibkar qadınları təlimlərdə “Kənd yerlərində qadınların sahibkarlıq fəaliyyəti” layihəsi davam edir - FOTOLAR

  • + A
  • - A
  • 22-07-2024, 09:06

    İsmayıllı  sahibkar qadınları təlimlərdə “Kənd yerlərində qadınların sahibkarlıq fəaliyyəti” layihəsi davam edir - FOTOLAR


    “Qadın və Müasir Dünya” Sosial Xeyriyyə Mərkəzi İB Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Kənd yerlərində qadınların sahibkarlıq fəaliyyəti” adlı layihənin ikinci mərhələsinin İsmayıllı qadınları üçün təlimləri 10 iyul tarixində baş tutdu.

    Layihənin məqsədi kənd və kənd yerlərində yaşayan qadınların və gənclərin iqtisadi həyatda fəal iştirak etmələri, sahibkarlıq və bacarıqların inkişaf etdirilməsi üçün iqtisadi imkanların genişləndirilməsidir. Eyni zamanda layihənin məqsədi kənd və kənd yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviq edilməsinə şərait yaradır.

    Təlimlərin yüksək səviyyədə keçirilməsində və qadın sahibkarları maraqlandıran sullara cavab verdikləri üçün KOBİA -nın Dağlıq Şirvan Regional Mərkəzinin rəhbəri Cavanşir Məhərrəmova, KOBİA - nın Ağsu rayonu üzrə nümayəndəsi Abas Abbasova, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi Nazim Şirvanova, Qubad Qubadova,Qalib Kərimliyə QHT -z və iştirakçılar adında öz minnətdarlığımızı bildiririk. Ümid edirik ki, işgüzar fəaliyyət uğurla davam edəcək, sahibkar qadınlarımız bu əməkdaşlıqdan gələcəkdə də faydalanacaqlar.

    Ümid edirik ki, bu layihə sahibkar qadınlara və onların həmkarları üçün yeni iş yerləri yarada və onlara öz icmalarının üzləşdiyi problemlərin öhdəsindən gəlməyə kömək edə bilər. Qadınlar cəmiyyətdə dəyişikliklərin mühüm amilidir. Qadın sahibkarların potensialından istifadə Azərbaycanın dayanıqlı və inklüziv inkişafı üçün mühüm əhəmiyyət kəsb edəcəkdir.

    Qadın sahibkarlara daha çox dəstək verilməsi təkcə sosial baxımdan deyil, həm də iqtisadi baxımdan vacibdir. Qadınlar əhalinin yarısını təşkil etdiyindən və ümumiyyətlə, kişilərdən daha aşağı gəlirlərə və iqtisadi iştirak səviyyəsinə malik olduğundan onların iqtisadi iştirakında hətta cüzi qazanc belə ümumi iqtisadi artıma əhəmiyyətli təsir göstərir. Bütün sahələrdə daha çox gender bərabərliyinə nail olmaq əmək bazarında gənc qadınların və kişilərin vəziyyətinin yaxşılaşdırılması üçün xüsusilə vacibdir. Sahibkarlıq həm də qadınların öz iqtisadi müstəqilliklərini təmin etmələri üçün yaxşı imkandır. Öz müəssisələrini idarə etmək, həm də onlara həmfikir qadınlarla ünsiyyət qurmaq, təcrübə mübadiləsi aparmaq və bir-birindən öyrənmək, əməkdaşlıq etmək və sosial həyata daha çox cəlb olunmaq imkanı verir ki, bu istiqamətdə ucqar rayon və ya mühafizəkar icmalarda çətinliklər mövcuddur.

    Ona görə də hesab edirik ki, kənd qadınları üçün regional Biznes Resurs Mərkəzlərinin yaradılması vacibliyi dövlət qurumlarının diqqət mərkəzində olmalıdır. Qadınlar üçün mərkəzlərdə “Mühasibat uçotunun əsasları”, “Maliyyə bacarıqları və ailə büdcəsinin tənzimlənməsi”, “Qadın sahibkarlıq təşkilatlarının potensialının dəstəklənməsi”, “Kompüter bacarıqları”, “Biznes plan nədir”, “Kənd qadınlarının məlumat və xidmətlərə çıxış imkanlarının artırılması”. üzrə təlimlər və kurslar təşkil edilməlidir. Bu mərkəzlər ölkənin bütün kənd yerlərində iqtisadi fəal qadınlar arasında pilot layihə kimi başlanmalı və onların məqsədi kənd qadınlarının şəbəkələşməsini dəstəkləmək və biznes və sosial imkanlarını genişləndirməyə kömək etməlidir.

    Ümumilikdə bu çox çətin bir prosesdir və çoxlu maliyyə tələb edir. İki aylıq az büdcəli layihə ilə kənd qadınlarının sahibkarlığa başlamaları və inkişaf etdirmələrini təşkil etmək çox çətindir. Bu ancaq arzuların kiçik bir hissəsini həyata keçirməyə imkan verər və kənd qadınlarımızı arzusu arzu olaraq qala bilər. Bizim layihənin əsas məqsədi informasiyadan kənar qalmış qadınlarımızi sahibkarlıq sahəsində daha böyük imkanlardan istifadə etmələrinə istiqamətləndirməkdir.

    Layihə Şirvan regionunun 4 rayonunda Şamaxı, İsmayılı, Ağsu və Qobustan rayonlarında yaşayan gənc qızlar və qadınlarin iştirakı ilə həyata keçirilir.

    Südabə Şirəliyeva
    “Qadın və Müasir Dünya” Sosial Xeyriyyə Mərkəzi İB

    cwmw_az_az@yahoo.com









    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR