Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə, Şirvan Rayon İcra Hakimiyyətinin, Şirvan Mədəniyyət Mərkəzinin və “Məhsəti” Şairlər Məclisi İctimai Birliyinin birgə təşkilatçılığı ilə Şirvan Gənclər Evində “Ana dilimizin saflığı” adlı layihə çərçivəsində tədbir keçirilib.
Tədbirdə ilk öncə Azərbaycanın “Himni” səslənib, xalqımızın qəlbində əbədiyaşar şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan “Məhsəti” Şairlər Məclisi İctimai Birliyinin Sədri Cəvahir Qaraqızı tədbir iştirakçılarını salamlayaraq, layihənin məqsəd və vəzifələri haqqında məlumat verib. Natiq Azərbaycan ədəbiyyatının , mədəniyyətinin yüksək səviyyədə inkişafından danışdı. Ana dilinə diqqəti daha da artırılmasının vacibliyini qeyd etdi.
Tədbirdə qiraətçi Aliyə Səxavətqızı Cəvahir Qaraqızının “Ana dili” və “Salam olsun” şeirlərini çox böyük məharətlə ifa etdi . Şirvan Folklor evinin direktoru zurnaçı Eldəniz Quliyev çox böyük ustalıqla məclisə xüsusi rəng verdi. 11 nömrəli məktəbin şagirdi Zeynəb milli geyimdə “Ana dili” şerini söylədi .Tarix Diyarşünaslıq Muzeyinin əməkdaşı Abbasova Vüsalə Şirinxanım Kərimbəylinin “Ana dili” şeirini söylədi.
Nurvin Pərvin oğlu və Atamoğlanova Nuray “Naz eləmə” rəqsini oynadılar. Daha sonra Aida Abbasova, Yeganə Nağdaliyeva, Şahmar Abdullayev, Heyvagül Şirvanlı çıxışlarında ana dili, vətənpərvərlik mövzusunda şeirlər söylədilər. Şirvan şəhər Uşaq Musiqi məktəbinin müəllimi, xanəndə İbişov İrşad “Mahur muğamı”, “Şirvan eli”, “Azərbaycan oğluyam” və s. mahnıları çox məharətlə ifa etdi.
Şair Həqiqət Həqiqi “Azərbaycan “ şeirilə qonaqları salamladı . Daha sonra söz tanınmış jurnalist –yazar Alik Rzayeva verildi, Cəvahir xanım onu da qeyd etdi Alik Rzayevi tanımamışdan öncə onun Şirvan şəhidi Polkovnik-leytenat Rəşad Hüseynovun ailəsi ilə görüşəndə Rəşad haqında yazdığı publisist yazı ilə tanımışdı. Alik Rzayev çıxışında Azərbaycan dilli haqında ətraflı danışdı. Məhsəti ŞM-nin sədri Cəvahir Qaraqızı onu “Heydər zirvəsi” diplomu ilə təltif etdi.
Səhnəyə şəhid Polkovnik-leytenat Rəşad Hüseynovun valideynləri Rəhim və Ceyran Hüseynovalar dəvət olundu. Cəvahir Qaraqızı öz ənənəsinə sadiq olaraq Məhsəti ŞM-nin hədiyyə boxçasından xanımların bəzəyi olan baş örpəyini şəhid anası Ceyran xanıma hədiyyə etdi. Sözü Ceyran xanıma və Rəhim bəyə verdi. Ceyran xanım kövrəlmişdi o, öz təşəkkürünü bildirdi. Rəhim bəy də çıxış etdi .Onların səhnəyə qaxmağı hər kəsi kövrələtdi.
Bütün tamaşaçılar bu şərəfli valideyinləri ayaqüstdə alqışladılar. Cəvahir Qaraqızı Ceyran xanım Rəhim bəy haqqında öyrəndiyini də bəyan etdi ki, bu ailə yardımsevər , xeyirxah , yetim başı sığallayan bir ailədir . Cəvahir Qaraqızı bütün şəhidlərə ehtiramla “Şəhidlər” şeirini söylədi. “Məhsəti” ŞM-nin “Gənclər Təşkilatının Sədri Aygün Hüseyn ana dili haqqında danışdı və “Azərbaycan torpağına” şerini söylədi. Şirvan kitabxanasının əməkdaşı Alma xamım da tədbirdə ana dilimizin saflığından danışdı. Cəvahir Qaraqızı Şirvan kitabxanasına “Əsrin Öndəri”, ”Aprel döyüşləri”, “Turana doğru” kitabları hədiyyə etdi. “Turana doğru” poemasından bir parçanı səsləndirdi.
Qarabağ veteranı İsmayılov Nizami Niyaz oğlu (Nizami Hacıqabullu ) Şirvan şəhərində saz -qitara kursunun rəhbəri, “Nur” poeziya klubunun təsisçisi sazda çox duyğusal ifalar etdi. Tamaşaçılar alqışlarla qarşıladılar. Tədbirdə , xanəndə İrşad İbişov, qiraətçi Aliyə Səxavətqızı , 11 nömrəli məktəbin şagirdi Zeynəb, “Tarix Diyarşünaslıq Muzey”inin əməkdaşı Abbasova Vüsalə balaca rəqqasələr Nurvin Pərvin oğlu və Atamoğlanova Nuray, şairlərdən Şahmar Abdullayev, Həqiqət Həqiqi Diplomla təltif olundular .
Sonda Cəvahir Qaraqızı layihəyə verdiyi dəstəyə görə QHT Agentliyinə və tədbrin təşkindəki dəstəyə görə Şirvan İcra Hakimiyyətinin başçısı İlqar Abbasova öz minnətdarlığını bildirdi.