AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

LDU ilə QS arasında müqavilə imzalanıb

  • + A
  • - A
  • Bu gün, 12:53

    LDU ilə QS arasında müqavilə imzalanıb

    Dünyanın ən nüfuzlu reytinq təşkilatı olan “Quacquarelli Symonds”un (QS) regional direktoru Sergey Xristolyubov Lənkəran Dövlət Universitetində (LDU) olub. Hörmətli qonağı LDU-nun rektoru, prof. Natiq İbrahimov qəbul edib. Görüşdə prof. Natiq İbrahimov son illərdə LDU-da təhsilin keyfiyyətinin yüksəldilməsi, dünya standartlarına uyğunlaşdırılması, rəqabət qabiliyyətliliyinin artırılması , qarşıda duran hədəflər, universitetin son illərdə beynəlxalq arenada tanıdılması istiqamətində görülən işlərdən və qarşıda duran perspektivlərdən danışıb.
    LDU-nun rektoru, prof. Natiq İbrahimov və QS-in regional direktoru Sergey Xristolyubov Lənkəran Dövlət Universiteti ilə QS arasında universitetin “QS Stars” reytinq qiymətləndirilməsinə qoşulmaq, eləcə də QS-in reputasiya sorğularının analitik məlumat bazasına çıxış əldə etmək məqsədi ilə əməkdaşlıq müqaviləsi imzalayıblar.
    Məlumat üçün bildirək ki, “QS Stars” beynəlxalq səviyyədə tanınmış keyfiyyət nişanıdır.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR