COMCEC tərəfindən təşkil edilən CTF yarışında Azərbaycan komandası 2-ci yerə nail olub. İRİA-nın kibertəhlükəsizlik komandası dünyanın bir sıra islam ölkələrinin də qatıldığı kibertəhlükəsizlik (CTF) yarışında ölkəmizi təmsil edərək 2-ci yeri əldə etmişlər. Hər komandada 4 CTF mütəxəssisi iştirak edib. Aldığım məlumatlara əsasən gece saatlarına qədər 1-cilik Azərbaycan komandasında idi, digər rəqiblər çox geridə idi, növbəti saatlarda isə Pakistan komandası taskları daha sürətli tamamlayaraq 1-ciliyi əldə etdi. Azərbaycan komandası Küveyt və Qatar kimi inkişaf etmiş ölkələrin komandasını çox geridə qoyaraq kibertəhlükəsizlik sahəsində ölkəmizdə insan kapitalının gücünü göstərmiş oldu. Belə ki,
I Pakistan,
II Azərbaycan,
III Mali,
IV Türkmənistan
qərar tutmuşdur. İlk 3 yer noyabr ayında mükafatlandırma mərasimində iştirak edəcəkdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.