Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən R.Kərimov saxlanılıb.
O, 2022-ci ildə Qax rayon sakini olan tanışına Bakı şəhərində ev almaqda köməklik göstərəcəyinə dair yalan vədlər verərək zərərçəkmişin 3400 manat pulunu ələ keçirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.