AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Ana dilimizin saflığı” layihəsi Neftçalada - FOTOLAR

  • + A
  • - A
  • 23-09-2024, 10:41

    “Ana dilimizin saflığı” layihəsi Neftçalada - FOTOLAR


    Avqustun 21-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Məhsəti” Şairlər Məclisi İctimai Birliyi tərəfindən Neftçala Mərkəzi Kitabxanasında “Ana dilimizin saflığı” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirildi.

    Tədbirin əvvəlində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Çıxışlarda ümummilli lider Heydər Əliyevin ana dilimizə olan tükənməz sevgisi vurğulandı, ədəbiyyatçılar, şairlər və yazıçıların dilimizə gətirdiyi yeniliklər müzakirə olundu.
    Təşkilatın sədri Cəvahir Qaraqızı çıxışında qeyd etdi ki, bu layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin kiçik qrant müsabiqəsinin qalibi olub. Layihə çərçivəsində regionlarda ana dilimizin saflığına dair maarifləndirici görüşlər təşkil olunub.
    Cəvahir Qaraqızı Neftçala şəhərində tədbir öncəsi şəhidlər Şahlar Şahin oğlu və Cəfərov Cəlil Sulduz oğlunun məzarlarını ziyarət etdiklərini qeyd edərək, onların ailələrinə ehtiramını bildirdi. Görüşdə şəhid ailələrinin duyğusal çıxışları ilə yanaşı, ailə xatirələri videoya çəkildi.

    Tədbirdə Neftçala Mərkəzi Kitabxanasının direktoru Gülnarə xanım, Neftçala Mədəniyyət Mərkəzinin direktoru Gülər xanım və Heydər Əliyev Mərkəzinin direktoru Könül Məmmədova ana dilimizin saflığı və zənginliyi haqqında geniş çıxışlar etdilər. Şairlər Gülnarə Zeynalova, Nazilə xanım, Mehriban xanım və yazıçı-publisist Nəzakət Məmmədova öz şeirlərini səsləndirdilər və alqışlarla qarşılandılar.

    Qarabağ müharibəsi qazisi Rəhman Əsədov tədbirə qatılaraq döyüş xatirələrini bölüşdü və layihəyə uğurlar arzuladı. Cəvahir Qaraqızı Rəhman Əsədovu "Heydər Zirvəsi" diplomu ilə təltif etdi. O, həmçinin Tofiq Bayramın "Ana dilim" şerini və öz yaradıcılığından parçalar səsləndirdi.
    "Məhsəti" Şairlər Məclisi İctimai Birliyinin sədri Cəvahir Qaraqızı "Əsrin Öndəri", "Aprel Döyüşləri" və "Turana Doğru" kitablarını Neftçala Mərkəzi Kitabxanasına hədiyyə etdi.
    Tədbirdə həmçinin mayor Həsənova Tünzalə öz oğlu haqqında danışdı və layihəyə uğurlar arzuladı. Gülər xanım itkin düşən şəhidlər və müharibə veteranlarının Mədəniyyət Mərkəzində işlə təmin olunması barədə məlumat verdi. Gənc şair Bikə xanım da ana dilinin təbliği ilə bağlı çıxış etdi.
    Tədbirin sonunda Heydər Əliyev Mərkəzinin direktoru Könül Məmmədova, Neftçala Mərkəzi Kitabxanasının direktoru Gülnarə xanım, Neftçala Mədəniyyət Mərkəzinin direktoru Gülər xanım, şair Gülnarə Zeynalova və Bədirə Niftalıyeva diplomlarla təltif olundular.

    Cəvahir Qaraqızı tədbirin təşkilinə dəstək verdiklərinə görə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, Neftçala İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidova və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazova təşəkkürünü bildirdi.












    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR