Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan “Solo Brain” fərdi intellektual turnir layihəsi çərçivəsində keçirilən bilik yarışının seçim turu baş tutub.
QHT.az xəbər verir ki, seçim turunda ümumilikdə 20 gənc yazılı formada təqdim olunan 30 sualı cavablandırmağa çalışıb. Yekun nəticələrə əsasən 16 gənc qrup mərhələsinə vəsiqə qazanıb.
24 sentyabrda “A” və “B” qrupunun, 25 sentyabrda isə “C” və “D” qrupunun oyunları keçiriləcək. Qrupların hər birində ən çox xal toplayan 2 gənc yarımfinala, oradan isə 4 ən güclü finala adlayacaq. Yarımfinal oyunları 30 sentyabr, final isə 1 oktyabrda keçiriləcək.
Finalda ilk üç yeri tutan gənclər müvafiq kubok, diplom və qiymətli hədiyyələrlə təltif olunacaqlar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.