Xəbər verdiyimiz kimi, 525 saylı marşrut avtobusunun təhlükəli vəziyyətdə sərnişin daşıması ilə bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb.
Görüntülərdən avtobusun bir tərəfinin tamamilə yerə doğru əyilməsi və böyük yük altında təhlükəli halda idarə edildiyi görünür.
Məsələ ilə bağlı daşıyıcı Rövşən Salamov “Qafqazinfo”ya bildirib ki, həmin vaxt avtobusun içində sərnişin olmayıb:
“Sentyabrın 16-dan gücləndirilmiş iş rejiminə keçmişik. A və B nöqtələrində tıxaclara görə ayrı-ayrılıqda 4 ehtiyat avtobus saxlamışıq. Bizim A nöqtəmizdən 3, B-dən isə 2 avtobusumuz istifadə olunub. Videogörüntülərdəki avtobusumuz isə 10 gün sonuncu dayanacaqda saxlanılıb. Yəni o avtobus 10 gün sonra çıxıb texniki şöbəyə təhvil verilib və qaraja göndərilib”.
“Masazırda bir sürücünün səhlənkarlığından yamaya düşüb və bir anlıq texniki nasazlıq yaranıb, lakin sonra öz-özlüyündən düzəlib. Yəni o avtobus xətdə olmaya-olmaya onu çəkib yayıblar. Videodan da aydın görünür ki, onun içində sürücü və mexanikin köməkçisindən başqa heç kəs yoxdur, avtobus boşdur. O avtobus tam saz vəziyyətdədir və bizim ehtiyat hissədə saxlanılır”, - deyə R.Salamov bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.