AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zaqatalada "Ailə dəyərlərinin qorunmasına dəstək" layihəsi uğurla icra olunub - FOTOLAR

  • + A
  • - A
  • 25-09-2024, 16:00

    Zaqatalada "Ailə dəyərlərinin qorunmasına dəstək" layihəsi uğurla icra olunub - FOTOLAR

    "Zaqatalada Qadınların Sosial İnkişafına Dəstək" ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il kiçik qrant müsabiqəsində "Ailə dəyərlərinin qorunmasına dəstək" layihəsi ilə qalib olub.


    QHT.az xəbər veir ki, "Ailə dəyərlərinin qorunmasına dəstək" layihəsinin əsas məqsədi həssas əhali qrupları arasında ailə dəyərlərinin təbliği, gənclər arasında ailə institutunun müqəddəsliyi, qarşılıqlı hörmətin və sosial məsuliyyətin önəmi, erkən nikahların mənfi təsirləri və sağlam ailənin cəmiyyətin uğurlu gələcəyinin təməli olması barədə maarifləndirici tədbirlər təşkil etməkdir. Layihə həmçinin gender bərabərliyinin gücləndirilməsi və qadınların sosial-iqtisadi hüquqlarının geniş şəkildə təmin edilməsinə dəstək vermək məqsədi daşıyır.
    19-24 sentyabr 2024-cü il tarixlərində layihə çərçivəsində Zaqatalada beş tədbir keçirilib:
    • "Həssas əhali qrupları və ailə dəyərləri" adlı iki tədbirdə ümumilikdə 56 nəfər iştirak edib. Bu tədbirlər Zaqatala Qadın Resurs Mərkəzinin üzvləri arasında təşkil olunub.
    • "Erkən nikah və qohum nikahlarının acı fəsadları" mövzusunda tədbir isə Zaqatala İqtisad Universiteti filialının 28 tələbəsinin iştirakı ilə baş tutub.
    • "Erkən nikahın acı fəsadları" mövzusunda digər tədbir Peşə Məktəbinin 28 tələbəsinin iştirakı ilə keçirilib.
    • "Ailə dəyərlərinin qorunmasına dəstək" adlı tədbir isə Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin 28 tələbəsinin iştirakı ilə baş tutub.
    Bütün tədbirlər Zaqatala şəhəri Heydər Əliyev Mərkəzində keçirilmiş və ümumilikdə 140 nəfər iştirak etmişdir.
    Tədbirlər zamanı iştirakçılar qızların təhsildən uzaqlaşdırılması, zorla və erkən nikah, eləcə də qadınların istədikləri sahədə işləmək hüquqlarının pozulması kimi cəmiyyətimiz üçün ciddi problemə çevrilmiş məsələlərin həll yollarını müzakirə edərək, bu istiqamətdə tövsiyələr irəli sürüblər. Tədbirlərdə layihənin mailiyə dəstəyinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, layihənin icrasında göstərdiyi dəstəyə görə isə Zaqatala Rayon İcra Hakimiyyətinə və rayonun digər təşkilatlara təşəkkür edilib.





































    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR