Noyabrın 18-də Bakıda COP29 çərçivəsində dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “QS Quacquarelli Symonds” tərəfindən “QS Dünyanın ən yaxşı universitetlərinin reytinqi: Dayanıqlılıq 2025”in rəsmi nəticələri elan edilib.
BDU böyük uğura imza ataraq “QS Dayanıqlılıq Reytinqi 2025” nəticələrinə görə Azərbaycanda lider mövqeyinə yüksəlib. Bütün BDU əməkdaşlarını və tələbələrini təbrik edirik!
Qeyd edək ki, BDU ötən ilin nəticələri ilə müqayisədə "QS Dayanıqlılıq Reytinqi 2025” reytinq siyahısında 345-dən çox pillə irəliləyib və 941-950-ci diapazonda qərarlaşaraq, Azərbaycanda TOP-1000-ə daxil olan yeganə ali təhsil müəssisəsi olub. Sözügedən reytinq dünyada davamlı inkişaf sahəsi üzrə fəaliyyəti ilə seçilən ən yaxşı ali təhsil müəssisələrinin siyahısını müəyyən edir.
Azərbaycandan “QS Dünyanın ən yaxşı universitetlərinin reytinqi: Dayanıqlılıq 2025”ə düşən digər ali təhsil müəssisələrini də təbrik edirik!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.