“Hüquq Dünyası” Hüquqi Təblığat İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Ermənistanın Azərbaycana qarşı müharibəsindən zərərçəkmiş uşaqların müdafiəsi tədbirləri” layihəsini həyata keçirir.QHT.az xəbər verir ki, bu barədə “Hüquq Dünyası” Hüquqi Təblığat İctimai Birliyi məlumat verib. Layihənin əsas məqsədini postmüharibə dövründə sosial mütəxəssislərin bilik və bacarıqlarını artırmaqla, uşaq hüquqlarının qorunması, təbliği işini həyata keçirmək və uşaq hüquqlarının müdafiə olunmasında sosial mütəxəssislərin və psixoloqlarının rolunun gücləndirmək təşkil edir.
Layihə çərçivəsində Beyləqan rayon İcra Hakimiyyəti ilə əməkdaşlıq çərçivəsində Beyləqan Tarix Diyarşünaslıq Muzeyində dəyirmi masa keçirilmişdir. Tədbiri Beyləqan rayon icra hakimiyyətinin böyük məsləhətçisi, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Suliddin Əsgərov açaraq, qonaqları salamlamış, həyata keçirilən layihəni yüksək qiymətləndirərək, belə müzakirələrin keçirilməsinin xüsusi əhəmiyyətini qeyd etmişdir.
İctimai Birliyin sədri, layihə rəhbəri Zaur Quliyev layihənin məqsəd və vəzifələri, layihə çərçivəsində həyata keçiriləcək fəaliyyətlər haqqında geniş məlumat vermiş, Vətən müharibəsində qələbəmizin qazanılmasında igid oğullarımızın qəhrəmanlığından söz açmış, post müharibə dövründə sosial mütəxəssislərin üzərinə də ciddi və məsuliyyətli bir vəzifənin düşdüyünü bildirib. Qeyd edilib ki, layihə çərçivəsində Tərtər, Goranboy və Beyləqan rayonlarında sosial mütəxəssislərin iştirakı ilə “Uşaqların təhlükəsizliyi və çətin həyat şəraitində olan uşaqlara sosial xidmətlərin gücləndirilməsi: yerli və beynəlxalq təcrübələr, uğurlar və ehtiyaclar” mövzusunda dəyirmi masalar təşkil olunmuşdur tutulur.
Əsas məqsədin bu sahədə bölgədə mövcud vəziyyətlə tanış olmaq və dəyirmi masalar zamanı müəyyən edilmiş ehtiyaclara uyğun təlim təşkil olunmasından ibarət olduğu qeyd edilib.
Digər çıxış edənlər layihənin qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçirilməsinin vacibliyini vurğulamışlar. Layihə üzrə ekspert, sosial iş üzrə mütəxxəsis, UNİSEF-in uşaqların müdafiəsi və sosial xidmətlər üzrə milli məsləhətçisi Elmir Valehli “Uşaqların təhlükəsizliyi və həssas kateqoriyadan olan uşaqlara sosial xidmətlərin göstərilməsinin gücləndirilməsinin vəziyyəti, yeni yanaşmalar, uşaqların təhlükəsizliyi və həssas kateqoriyadan olan uşaqlarla sosial işlə bağlı yerli və beynəlxalq təcrübə mövzusunda təqdimat etmiş və sağlamlıq imkanları məhdud və müharibənin təsirlərinə məruz qalmış bölgələrdə müharibənin acı nəticələri ilə üzləşmiş uşaqlara sosial xidmətlərin göstərilməsinin vəziyyəti: uğurlar, ehtiyaclar və müəyyən olunmuş təkliflər ətrafında müzakirələr təşkil olunub.
Bununla da layihənin son tədbiri keçirilmiş və Ermənistanın Azərbaycana qarşı müharibəsindən zərərçəkmiş uşaqların və onların ailələrinin adından dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara ünvanlanacaq bəyanatın mətni səsləndirilib.
Tədbir iştirakçıları vacib və aktual layihəni dəstəklədikləri üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, layihənin uğurlu icrasına görə “Hüquq Dünyası” Hüquqi Təblığat İctimai Birliyinə öz təşəkkürlərini bildirmiş, gələcəkdə belə layihələrin davam etdirilməsinin faydalı, maraqlı olmaqla bərabər, gələcəyimiz olan uşaqların təhlükəsiz, sosial-psoxoloji və emosional baxımdan sağlam böyüməsində mühüm rolu olduğunu ifadə etmişlər.
Sonda iştirakçılarla çay- kofe fasiləsi zamanı da müzakirələr davam etdirilmiş, xatirə fotoşəkili çəkilib.