AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ÖZBƏKİSTANIN TERMEZ MÜHƏNDİSLİK VƏ AQROTEXNOLOGİYA DÖVLƏT UNİVERSİTETİ İLƏ ELMİ-TEXNİKİ ƏMƏKDAŞLIQ MÜQAVİLƏSİ İMZALANDI

  • + A
  • - A
  • 16-12-2024, 16:52

    ÖZBƏKİSTANIN TERMEZ MÜHƏNDİSLİK VƏ AQROTEXNOLOGİYA DÖVLƏT UNİVERSİTETİ İLƏ ELMİ-TEXNİKİ ƏMƏKDAŞLIQ MÜQAVİLƏSİ İMZALANDI


    ÖZBƏKİSTANIN TERMEZ MÜHƏNDİSLİK VƏ AQROTEXNOLOGİYA DÖVLƏT UNİVERSİTETİ İLƏ ELMİ-TEXNİKİ ƏMƏKDAŞLIQ MÜQAVİLƏSİ İMZALANDI.

    Azadmedia az xəbər verir ki, bu barədə Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin rəhbəri, professor İbrahim Cəfərov məlumat verib.
    Müasir dövrün təhsil və elm müəssisələri qloballaşan dünyanın müasir çağırışlarına cavab verən tələbata uyğun fəaliyyət üçün hökmən beynəlxalq əlaqələrlə bu məsələləri tənzimləyə bilir. İstənilən universitet və ya elmi tədqiqat institutu təhsilalanlara elmi praktiki vərdişlərin öyrədilməsi, innovativ metodların tətbiqi, istehsalatda rast gəlinən problemlərin çözülməsində dəstək olmalı, qazanılan müsbət təcrübələr bölüşdürülməlidir. Müəssisənin fəaliyyəti beynəlxalq əlaqələrin qurulma səviyyəsi nəzərə alınmaqla qiymətləndirilməlidir. Bu nöqteyi nəzərdən Bitki Mühafizə və Texniki Bitkilər ETİ son illər yaxın və uzaq xarici ölkələrin bir sıra qabaqcıl, dünya reytinqlərində yer alan universitetləri və elmi tədqiqat institutları ilə qqarşılıqlı fəaliyyət üçün əməkdaşlıq müqavilələri imzalamışdır. Bu gün qardaş Özbəkistanın Termez Mühəndislik və Aqrotexnologiya Dövlət Universiteti ilə bağlanan elmi- texniki əməkdaşlıq müqaviləsindən də çox şeylər gözləyirik. Tədbir online formatda keçirilmiş, hər iki müəssisənin rəhbərlikləri və həmkarları tədbirdə iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan İbrahim Cəfərov müəssisə haqqında məlumat vermiş, institutun mövcud imkanlarını diqqətə çatdırmış, institutun mandatına uyğun fəaliyyət istiqamətlərini qarşı tərəfin alimlərinin nəzərinə çatdırmışdır. Həm bitki mühafizə, həm də Özbəkistan üçün strateji bitki sayılan pambıqçılıqda innovasiyalar istiqamətində müvafiq işlərin aparılması aktual məsələlər hesab edilir.
    Termez Mühəndislik və Aqrotexnologiya Dövlət Universitetinin rektor səlahiyyətlərini icra edən texnika elmləri namizədi, dosent Primkulov Berzod Şeralieviç çıxış edərək bu müqavilənin imzalanmasının əhəmiyyətindən bəhs edərək qarşılıqlı fəaliyyət üçün yol xəritəsinin hazırlanmasının vacibliyindən bəhs etmişdir. Sonra hər iki tərəfdən elmi işçilər çıxışlar edərək bu müqavilənin işinə xeyir dua verdilər. Hər iki tərəf üçün faydalı olsun.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR