TƏBİB-in təşkilatçılığı ilə “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” tədbiri keçirilir.
“Yeniliklər zamanıdır” konsept mesajı ilə təşkil olunan tədbir iki paneldən ibarət olacaq. 300 nəfər iştirakçının dəvət aldığı tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini Nadir Zeynalov, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Azərbaycan Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov iştirak edir.
Tədbirin əsas məqsədi ölkəmizdə səhiyyə sistemi və xidmətlərinin effektiv təşkil edilməsi, kadrların idarə olunması, səhiyyədə informasiya texnologiyalarının tətbiqi və effektiv istifadəsi, keyfiyyətli tibbi yardımın göstərilməsi, dövlət və özəl tibb müəssisələri arasında işgüzar əlaqələrin və kommunikasiyanın daha da inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə xidmət edən platforma rolunu oynamaqdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.