Hazırda TƏBİB-in tabeliyində 90 tibb müəssisəsi var, onlardan 25-i özünü maliyyələşdirir, digərlərinin də gələcəkdə maliyyələşdirməsi nəzərdə tutulub.
Azadmedia.az xəbər verir ki, bu sözləri TƏBİB-in təşkilatçılığı ilə keçirilən Bakı şəhərində “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” (SİZ-2024) tədbirdə TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov panel müzakirəsi zamanı bildirib. Çıxışında regionlarda həkim çatışmazlığını etiraf edən A.Nəsirov qeyd edib ki, TƏBİB fəaliyyətə başlayanda 8 milyon büdcəsi vardı, 2024-cü üçün hədəf 1 milyard manat idi. Hazırda 1,8 milyard manatdır. 35 milyon manat investisiyalardan daxil olub.
Qeyd edək ki, tədbirin əsas məqsədi ölkəmizdə səhiyyə sistemi və xidmətlərinin effektiv təşkil edilməsi, kadrların idarə olunması, səhiyyədə informasiya texnologiyalarının tətbiqi və effektiv istifadəsi, keyfiyyətli tibbi yardımın göstərilməsi, dövlət və özəl tibb müəssisələri arasında işgüzar əlaqələrin, kommunikasiyanın daha da inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə xidmət edən platforma rolunu oynamaqdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.